1
🚌👦🏻📱
İstifadəçi dayanacaqda dayanır, mobil tətbiqə daxil olur, tekst və ya səsli sual verir: “Tofiq Bəhramov stadionuna necə gedim?”
2
📍🛰️
Tətbiq GPS vasitəsi ilə istifadəçinin cari yerini təyin edir və mərkəzi serverə göndərir.
3
📡
Hər avtobusdakı GPS cihaz koordinatları mərkəzi serverə göndərir.
4
💾
Serverdə avtobusların real vaxtda GPS koordinatları və bütün marşrutları saxlanılır.
5
🤖
Tətbiq server alqoritmi istifadəçinin tələb etdiyi marşrutu və avtobus nömrəsini təyin edir.
6
⏱️
Server cari avtobusun dayanacağa çatma vaxtını təyin edir və cavabı tətbiqə göndərir.
7
📲
Tətbiq istifadəçiyə məlumat verir: “3 dəqiqəyə yaxınlığınıza gələcək '81' nömrəli avtobusa minin və 'Neftçilər' metro stansiyasında düşün”
8
🔔
Avtobusda olarkən, 'Neftçilər' metro stansiyasına 200 metr qalmış istifadəçiyə xəbərdarlıq edilir: “Az qaldı, növbəti dayanacaqda avtobusdan çixın!”
9
🚇
Tətbiq əlavə istiqamət verir: “'Neftçilər' metro stansiyasına daxil olun, metroya minin, 'Gənclik' stansiyasında çıxın – stadion 100 metr məsafədədir.”
Əlavə Qeyd:
- Serverdə toplanan məlumatlar gələcəkdə statistika, nəzarət və digər məqsədlərlə istifadə edilə bilər.
- Mobil tətbiqə Azərbaycanın qanunvericiliyinə, konstitusiyasına, qaydalarına aid suallara cavab verəcək süni intelekt (AI) inteqrasiyası mümkündür.
- Bildiriş real vaxt push bildirişləri vasitəsilə çatdırılır.
Bildiriş və Xəbərдarlıqlar:
- Tətil günləri və bayramlar haqqında məlumat.
- Qanun dəyişiklikləri və mühüm dövlət səviyyəli bildirişlər.
- Mümkün fövqəladə hallar barədə xəbərdarlıq.
- Turistlər üçün xüsusi məlumat bülleteni.
İstifadə Olunan Texnologiyalar (Tələblərə görə dəyişilə bilər):
- Mobil Tətbiq: Flutter (iOS & Android)
- Backend: C#, Node.js + Express
- Verilənlər Bazası: PostgreSQL
- Real-vaxt Kommunikasiya: WebSocket, MQTT, AI Agent
- GPS İnfrastruktur: NTRIP & HTTPS API, Google Maps
- Push Bildirişləri: Firebase Cloud Messaging
- Server Hosting: Linux, AWS EC2, Docker, Kubernetes
- Monitoring & Logger: Prometheus & Grafana